AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir: Bakı, 14 noyabr, AZƏRTAC Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir. Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq. COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub. Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim edilib. Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq. Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.