Üçtərəfli görüşün tarixi açıqlandı

Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli sammit noyabrın 19-da Çinin Şençjen şəhərində baş tutacaq.

TASS-a istinadən, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü liderlərin görüşü ilə bağlı yekun razılaşmanın əldə edildiyini təsdiqləyib.

“Prezident Putin, Sədr Si Cinpin və Prezident Tramp arasında noyabrın 19-da üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Bu görüş Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq”, – deyə Peskov bildirib.