Avropa İttifaqının (Aİ) beş ölkəsi Ruandada deportasiya mərkəzi yaratmaq niyyətindədir.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderlandın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan mərkəzə Avropa İttifaqında qalmaq hüququndan məhrum edilmiş miqrantlar göndəriləcək.
Layihənin həyata keçirilməsi ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.