Fransada kütləvi etirazlar: Bir neçə şəhərdə toqquşmalar yaşanır - Video

Fransanın bir neçə şəhərində kütləvi etiraz aksiyaları toqquşmalarla müşayiət olunur. On minlərlə insan küçələrə çıxaraq hökumətin siyasətinə etiraz edir.

Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, Bordo şəhərinin küçələrini gözyaşardıcı qaz bürüyüb, Marseldə etirazçılar polis əməkdaşlarına zibil atıblar. Parisdə isə hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə dəyənəklərlə zərbələr endiriblər.

Fransalılar qiymət artımından narazıdırlar. Etirazçılar, həmçinin Prezident Emmanuel Makronun büdcə siyasətini tənqid edirlər. Qeyd edək ki, Makron son illərdə Avropanın “hərbi iqtisadiyyata” keçməsinin tərəfdarı kimi çıxış edir.