Çin və ABŞ ticarət əməkdaşlığının genişləndirilməsini müzakirə etdi

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər.

Bu barədə Çin Kommersiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş noyabrın 13-də videokonfrans formatında keçirilib.

Tərəflər həmçinin kənd təsərrüfatı məhsullarının ticarəti, əvvəllər əldə olunmuş razılaşmaların icrası məsələlərini və ticari-iqtisadi əməkdaşlığın digər aspektlərini müzakirə ediblər.

Pekin və Vaşinqton fikir ayrılıqlarının tənzimlənməsi və əməkdaşlığın genişləndirilməsi üçün ticarət şurasından yararlanmağa davam edəcəklər.