İtaliyanın “Roma” klubunun keçmiş kapitanı Françesko Totti nostalji hisslərə qapılıb.
Totti gənclik illəri – ot örtüyü daha yaşıl, kapuçino isə daha zəngin olan dövrlər üçün darıxdığını bildirir.
“Hər şeyi yenidən edərdim – tamamilə hər şeyi. 95-ci ildə hələ gənc idim, o günlərə qayıtmaq üçün hər şeydən keçərdim. Biz tipik küçə uşaqları idik: gizlənpaç oynayırdıq, bayrağı ələ keçirirdik, topu divara atırdıq… Belə anlar nadir hallarda geri qayıdır”, – “forzaroma.info” Tottinin sözlərini sitat gətirir .
Xatırladaq ki, Françesko Totti ilk dəfə 1993-cü ildə “Roma”da oynayıb və 2017-ci ildə karyerasını bitirib.
O, bütün karyerası boyu yalnız bir klubda oynayıb.