Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci neft tankeri minaya düşərək partlayıb.
İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi boğazın şərqində yerləşən qadağan olunmuş ərazidə minaya düşdükdən sonra yanmağa başlayıb.
İran hərbçiləri iddia edirlər ki, son 24 saat ərzində müəyyən edilmiş məhdudiyyətləri pozan artıq beşinci gəmi qeydə alınıb.