Bakı, 14 noyabr, AZƏRTAC Sabunçu rayonu Ramana qəsəbəsində bir avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən bildirilib.Məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək oğurluq hadisəsini törədib.Faktla bağlı cinayət işi başlanılıb.