Antalya, 14 noyabr, AZƏRTAC İqlim böhranı sadəcə gələcəyimiz üçün təhlükə mənbəyi deyil, həm də günümüzün reallığıdır. Böhranın təsiri milyonlarla uşağın sağlamlığında, təhsilində, təhlükəsizliyində və inkişafında hiss olunur. Bu səbəbdən iqlim siyasəti uşaqların hüquqlarını qorumalı, onların ehtiyaclarını ödəməli, onlara qərar qəbuletmədə mənalı rol verməlidir.AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (YUNİSEF) və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşəbbüsü ilə Antalyada keçirilən “Gələcək nəslin hüquqları: COP31-də uşaqların iqlim liderləri kimi səlahiyyətləndirilməsi” mövzulu tədbirdə səsləndirib.Komitə sədri iki il əvvəl Azərbaycanın ev sahibliyi etdiyi COP29 zamanı qlobal iqlim gündəliyində uşaqlara, gənclərə və təhsilə xüsusi diqqət yetirildiyini xatırladıb. “COP29 sədrliyi çərçivəsində uşaqların iqlim fəaliyyətində iştirakını təşviq etmək üçün mühüm platformalar yaradılıb. Bakıda səslənən təşəbbüslər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına kömək edib. COP31-dəki müzakirələr isə bu irəliləyişi daha da inkişaf etdirmək, öhdəliklərə və fəaliyyətə çevirmək üçün bir fürsətdir”, - deyə B.Muradova qeyd edib.Komitə sədri Azərbaycanın uşaqlarla bağlı dövlət siyasətinin BMT-nin Uşaq Hüquqları Konvensiyasının prinsiplərinə əsaslandığını vurğulayıb.Onun sözlərinə görə, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Azərbaycanın ətraf mühit səylərində xüsusilə mühüm rol oynayır.“Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi təşəbbüslər biomüxtəlifliyin, nadir bitki növlərinin qorunmasını, meşələrin bərpası və gənclər arasında ekoloji maarifləndirməni dəstəkləyir. IDEA, həmçinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, müxtəlif ölkələrdən olan gəncləri ətraf mühit məsələləri ətrafında bir araya gətirir”, - deyə B.Muradova məlumat verib.Bu kimi təşəbbüslərin Azərbaycanın beynəlxalq səviyyədə ekoloji profilini yüksəltməyə və sərhədlərarası əməkdaşlığı gücləndirməyə kömək etdiyini qeyd edən Komitə sədri daha sonra deyib: “Ətraf mühit təhsili erkən yaşlardan başlamalıdır. Təbiətə hörmət və resurslardan məsuliyyətlə istifadə gündəlik həyatın bir hissəsinə çevrilməlidir. Vəzifəmiz gözləntiləri konkret siyasətə və nəticələrə çevirməkdir. İqlim maliyyəsi uşaqları qoruyan layihələrə daha çox diqqət yetirməlidir. Bizim vəzifəmiz uşaqları dinləmək, onlar üçün real imkanlar yaratmaq və təşəbbüslərini dəstəkləməkdir”. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya
Bu gün
1513 xəbər bu gün
Milli Məclisin deputatı Səyyad Aranın 2025-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət naziri Adil Kərimli ilə bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib və sosial şəbəkələrdə yayılıb. Deputat…
Kartofun qan şəkərinə təsiri onun hazırlanma üsulundan asılıdır. Mütəxəssislərə görə, kartofu qaynadıb soyuducuda saxlamaq onun qlisemik indeksini əhəmiyyətli dərəcədə azalda bilər. Fransanın “750g” nəşrinin məlumatına…
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyinin…
Müasir dövrdə uşaqların və yeniyetmələrin psixoloji sağlamlığı, sosiallaşması və şəxsiyyət kimi formalaşması cəmiyyətin diqqət tələb edən mühüm məsələlərindəndir. Sosial şəbəkələrin təsiri, virtual mühitdə formalaşan…
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 545 min 938 tona yaxın dizel yanacağı istehsal edib.
11 və 13 noyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “İnsanyönümlü şəhərlər” hakatonu…
Almaniya 2028-ci ildən etibarən ciddi büdcə böhranı ilə qarşılaşa bilər. Bu barədə alman iqtisadçılar xəbərdarlıq ediblər. Welt nəşrinin yazdığına görə, 2027-ci il üçün büdcə layihəsində dövlət xərclərinin rekord həddə…
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən…
Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Belə ki, Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000…
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat xidməti məlumat...
"Azərbaycanda saatlıq əməkhaqqı, eləcə də saatlıq minimum əməkhaqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əməkhaqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan…
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. Bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı…
Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 74 min 139 tondan çox neft koksu istehsal edib. Bu barədə "Report" Türkiyənin Enerji Bazarının…
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. Bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean…
Bakı, 14 noyabr, AZƏRTAC Sabunçu rayonu Ramana qəsəbəsində bir avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək…
Antalya, 14 noyabr, AZƏRTAC İqlim böhranı sadəcə gələcəyimiz üçün təhlükə mənbəyi deyil, həm də günümüzün reallığıdır. Böhranın təsiri milyonlarla uşağın sağlamlığında, təhsilində, təhlükəsizliyində və inkişafında hiss…
Fars körfəzi ölkələri Əməkdaşlıq Şurası BMT-yə müraciət edərək İrandan regiona etdiyi raket və PUA hücumlarına görə kompensasiya ödəməsini tələb edir. Gələcək danışıqlarda körfəz ölkələrinin maraqlarının qorunması…
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Report”a istinadla, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan “Changan” və BYD markalı minik…
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib…
"Lenta.ru"ya istinadla, bu barədə rusiyalı həkim Artem Barışev danışıb. Onun sözlərinə görə, heç bir qida məhsulu öz-özlüyündə insulta səbəb olmur. Lakin həddindən artıq duz, emal olunmuş ət məhsulları, trans yağlar və…
Türkiyənin tanınmış müğənnisi Zeynep Casalini şəxsi həyatı ilə yenidən gündəmə gəlib. 56 yaşlı sənətçi 10 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Tahsin Berklə ikinci dəfə ailə qurub.
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb.
Fars körfəzi ölkələri Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasını İranı region ölkələrinə hücumlar nəticəsində dəyən ziyana görə təzminat (kompensasiya) ödəməyə məcbur etməyə çağırıb. Moderator.az-ın TASS-a istinadən…
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. Oxu.Az-a istinadən, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd"…
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti Bakı şəhər, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 10 ünvanında yerləşən Dövlət…
Bakı.Trend: “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsi xidməti avtomobillərin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 350 manat təşkil edir. Tenderin ehtimal olunan…
Евросоюз с начала 2026 года переплатил за импорт газа 100 млрд евро по сравнению с аналогичным периодом прошлого года. Об этом заявил директор департамента экономического...
Председатель Управления мусульман Кавказа (УМК) шейх уль-ислам Аллахшукюр Пашазаде 15 ноября отправится с визитом в Султанат Оман. Как сообщили в пресс-службе УМК, Пашазаде примет участие...
Президент Франции Эмманюэль Макрон намерен поддержать возможное выдвижение Арсена Венгера на пост президента Международной федерации футбола (ФИФА), чтобы тот смог составить конкуренцию действующему главе организации…
Səyyad Aran
Təhlükəsizlik Şurasının katibi
Konstantinos Kombos
Xəbər verdiyimiz kimi, noyabrın 11-də general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. Türkər Əliyeva külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinib. İttihama…
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər.
“Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda…
Arxeoloqlar İraqın cənubundakı Larsa şəhərində, Böyük Kanalın üzərində təxminən 3800 il əvvəl tikilmiş qədim körpünün qalıqlarını aşkar ediblər. Rusiya mətbuatına istinadən, bu tikili Fransa və İraqın birgə ekspedisiyası…
Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar aparmaq üçün Moskvaya getməkdən imtina etməsi onun ciddi dialoqa hazır olmaması və ya Qərb ölkələrinin mövqeyi ilə bağlı ola bilər. Bunu Rusiyanın Xarici İşlər…
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “report”a istinadla, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan...