Mikels Maliyə uduzdu

Afrika Millətlər Kubokunun seçmə mərhələsində 3-cü turun oyunları keçirilir.

"Sabah"ın hücumçusu Coy-Lens Mikelsin formasını geydiyi Ruanda millisi Malinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mikels də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 32 yaşlı vinger 88-ci dəqiqədə əvəzlənib.

3 turdan sonra 6 xal toplayan Ruanda qrupda 2-ci yerdədi.