Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report”a istinadla, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Changan” və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, “Audi” və “Volkswagen” markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.