Bakıda azyaşlı qız bıçaqlandı

Bakıda 13 yaşlı qız bıçaqlanıb.

Oxu.az-a istinadən, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Rayon sakini, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, azyaşlı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalar aparılır.