Rusiyada faciəli şəkildə ölən azərbaycanlının - Fotosu

Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsi azərbaycanlının ölümü ilə nəticələnib.

Oxu.az-a istinadla, hadisə zamanı həlak olan Vüqar adlı həmyerlimizin fotosu yayılıb.

Onun Salyan rayonundan olduğu bildirilib.

Yayılan məlumatlar arasında o da qeyd edilib ki, qəzaya düşən nəqliyyat vasitəsinin sahibi Abdullah adlı şəxsdir.

Həlak olan şəxsin digər məlumatları və hadisənin təfərrüatı barədə əlavə məlumat yoxdur.