Tovuzda qardaşı tərəfindən bıçaqlanan qadının son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qadının əməliyyatı normal keçib, hazırda həkim nəzarətindədir.
Xatırladaq ki, dünən 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli Tovuz rayon Qovlar şəhərində kafe və çay evi kimi fəaliyyət göstərən obyektdə qardaşı tərəfindən bıçaqlanıb.