Bakının bu ərazisində dəmir yolu xətti bərpası üçün ev və obyektlər sökülür

Bakıxanov-Binəqədi dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində Suraxanı rayonunun Əmircan qəsəbəsində ev və obyektlərin söküntüsü davam edir.

Söküntü işləri əsasən dəmir yolunun mühafizə zolağına yaxın əraziləri əhatə edir.

Əmircan sakinləri layihənin tıxacların azalmasına və nəqliyyatın sürətlənməsinə töhfə verəcəyini müsbət qiymətləndirsələr də, obyektləri sökülən sahibkarlar kompensasiya ödənilməməsindən narazıdırlar. Onlar uzun illər fəaliyyət göstərən obyektlərini itirdiklərini və bunun ailələrinin dolanışığına təsir etdiyini bildirirlər.

Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, xətt boyunca mühafizə zonasında yerləşən tikililərlə bağlı 280-ə yaxın mülkiyyətçi qeydə alınıb və müvafiq protokollar imzalanıb. Bildirilib ki, işlər Nazirlər Kabinetinin qərarı və 2025-2030-cu illər üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında: