Rusiyada faciəli şəkildə ölən azərbaycanlının fotosu - Video

Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsi azərbaycanlının ölümü ilə nəticələnib.

Bizim.Media “oxu.az” hadisə zamanı həlak olan Vüqar adlı həmyerlimizin fotosunu əldə edib.

Onun Salyan rayonundan olduğu bildirilib. Yayılan məlumatlar arasında o da qeyd edilib ki, qəzaya düşən nəqliyyat vasitəsinin sahibi Abdullah adlı şəxsdir. Həlak olan şəxsin digər məlumatları və hadisənin təfərrüatı barədə əlavə məlumat yoxdur.