Əməkdar artistlə vida mərasiminin vaxtı müəyyənləşdi

Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev sabah torpağa tapşırılacaq.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Arif Mirzəyevlə vida mərasimi noyabrın 15-də saat 13:00-da Təzəpir məscidində keçiriləcək. /Oxu.az