Diktatorun nəticəsi ilə müqavilə yeniləndi

Romano Florian Mussolini hazırkı komandasında daha uzun müddət futbol oynayacaq.

“Latsio” rəhbərliyi müdafiəçi ilə müqaviləni yeniləyib. Roma klubunun saytının məlumatına görə, 23 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Romanonun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaqdı.

Qeyd edək ki, Romano İkinci Dünya Müharibəsi dövründə İtaliyanın rəhbəri olmuş Benito Mussolininin nəticəsidi. O, bu mövsüm “Latsio”da əsas heyət oyunçularından birinə çevrilib. Müdafiəçi cari mövsümdə 11 matçda meydana çıxıb və 1 qol vurub.