Amerikanın “Responsible Statecraft” nəşri Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Rusiya ilə dialoqa yanaşmasını tənqid edib.
Nəşrin fikrincə, Kallasın rəhbərliyi altında Avropa İttifaqının Rusiya ilə ciddi müzakirələr aparması çətin görünür.
Məqalədə qeyd olunur ki, Brüssel təhlükəsizlik məsələlərini müzakirə etməzdən əvvəl atəşkəsin təmin olunmasını tələb edir. Müəllif hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı sərt ritorikası Moskvanın gələcək danışıqlara etimad göstərməsini çətinləşdirir.
Qeyd edək ki, Kaya Kallas daha əvvəl Ukraynada atəşkəsin Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrdən əvvəl əldə olunmalı olduğunu bildirmişdi.