Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır

Rusiyalı əczaçılar ömrü uzatmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yeni preparatlar hazırlayırlar.

Bu barədə “Promomed” şirkətinin Direktorlar Şurasının sədri Pyotr Belıy Pekində keçirilən tədbirdə TASS-ın müxbirinə bildirib.

Onun sözlərinə görə, şirkətin bu məqsədə yönəlmiş bir sıra molekul layihələri var. Belıy vurğulayıb ki, əsas məqsəd sadəcə ömrü uzatmaq deyil, eyni zamanda həyat keyfiyyətini qorumaqdır.

O, bəzi layihələrin çinli tərəfdaşlarla birgə həyata keçirildiyini qeyd edib. Lakin preparatların hazırlanmasının başa çatacağı konkret tarix açıqlanmayıb.

Qeyd edək ki, Belıy bu açıqlamanı şirkətin Pekində molekulların tədqiqi və klinik araşdırmalarla məşğul olacaq elmi-tədqiqat bölməsinin açılışı zamanı verib.