Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı

Sumqayıtda zavod ərazisində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-a istinadən, hadisə "Azərboru" zavodunda qeydə alınıb.

1972-ci il təvəllüdlü Bilal Şahgəldiyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.