Türkiyə və Qətər ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən beş saziş imzalayıblar.
Sənədlər iki ölkənin Ali Strateji Komitəsinin 12-ci iclasının yekunları üzrə imzalanıb.
Sənədlərin imzalanması mərasimi İstanbuldakı Dolmabahçe Ofisində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Qətər əmiri şeyx Təmim bin Həməd Ali Taninin iştirakı ilə baş tutub.
Tərəflər istehlakçı hüquqlarının müdafiəsi, təhsil, həmçinin münaqişələrin sülh yolu ilə tənzimlənməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Eyni zamanda, komitənin iclasının yekunlarına dair birgə bəyannamə qəbul olunub.
Ən diqqətçəkən məqamlardan biri isə Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi olub. Bu strateji sənədi şəxsən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri imzalayıblar.\\Musavat.com