Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı

Tovuzda bıçaqlanan qadının son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 13-də saat 17 radələrində 2002-ci il təvəllüdlü qadın qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən qadın dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir.