Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib.
Axşam.az-a istinadən, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb.
Yerli mətbuatın məlumatına görə, hadisə noyabrın 11-də Lahorun Kahna bölgəsində yerləşən fermada baş verib. Ferma ərazisinə TikTok üçün video çəkməyə gələn Nauman adlı blogerin səfəri zamanı dişi şir qəfil ona yardım edən Talhaya hücum edib. Ağır xəsarətlər alan gənc özəl xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis ferma sahibi Fəyyazı (Faizi) və Naumanı saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisənin əvvəlcə it hücumu kimi təqdim edilməsinə cəhd göstərilib.
Hazırda araşdırmalar davam edir. Hücumu törədən şir Vəhşi Təbiət Departamentinin nəzarətinə verilib.