Hamilə qadın "ASAN Xidmət"in qarşısında bıçaqlandı

Tovuzda qadın bıçaqlanıb. “Qafqazinfo.az”a istinadən, hadisə rayondakı “ASAN xidmət” Mərkəzinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Bizim.Media