Bakı, 13 noyabr, AZƏRTAC COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri səmimi münasibət iki ölkə arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və tarixi qardaşlığın güclü təzahürüdür. Liderlərin bir arada əyləşməsi, səmimi söhbətləri və mehriban görüntüləri diplomatik protokol çərçivəsindən kənara çıxan siyasi və rəmzi mesajlar daşıyır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce açıqlamasında bildirib.Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə liderlərin davranışları bəzən rəsmi bəyanatlardan daha güclü mesajlar verə bilir. Bu baxımdan COP31 çərçivəsində yaranan mənzərə iki ölkənin bir-birinə olan etimadını, siyasi yaxınlığını və ortaq gələcəyə dair baxışını beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Türkiyə və Azərbaycan regional və qlobal proseslərə münasibətdə ortaq strateji perspektiv formalaşdıra bilən, bir-birinin milli maraqlarını və həssas məqamlarını nəzərə alan iki mühüm müttəfiqdir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik, iqtisadi əməkdaşlıq və Türk dünyasının inteqrasiyası kimi bir çox istiqamətdə nümayiş etdirilən birgə iradə bu müttəfiqliyin konkret göstəriciləridir. Buna görə də iki ölkə liderinin nümayiş etdirdiyi yaxınlıq mövcud əməkdaşlığın siyasi səviyyədə də güclü şəkildə dəstəkləndiyini Türkiyə-Azərbaycan münasibətlərini dünyadakı digər ikitərəfli əlaqələrdən fərqləndirən əsas xüsusiyyət onların dövlət maraqları və diplomatik sazişlər çərçivəsini aşaraq ortaq tarix, mədəniyyət, dil və sivilizasiya dəyərləri əsasında formalaşmasıdır. Ortaq tarix, dil, mədəniyyət, inanc və sivilizasiya dəyərləri iki ölkə arasındakı münasibətlərin ictimai və mənəvi təməlini təşkil edir.Professor Birinci vitse-prezident Mehriban Əliyevanın tədbirdə iştirakının bu yaxınlığın humanitar və ictimai tərəfini nümayiş etdirən əlamətdar məqam olduğunu bildirib. Onun fikrincə, bu mənzərə iki ölkə arasındakı dostluğun yalnız dövlət qurumları və liderlər arasındakı münasibətlərlə məhdudlaşmadığını, ailələr, cəmiyyətlər və ortaq mədəni dəyərlər vasitəsilə də möhkəmləndiyini göstərir. “Burada Ulu Öndər Heydər Əliyevin tarixi əhəmiyyət daşıyan “Bir millət, iki dövlət” kəlamını xüsusi xatırlatmaq lazımdır. Bu ifadə bu gün Türkiyə və Azərbaycan münasibətlərinin yalnız emosional şüarı deyil, həm də strateji əməkdaşlığa istiqamət verən fundamental siyasi və ictimai anlayışdır. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin liderliyi ilə bu yanaşma güclü institusional əməkdaşlığa və regional miqyasda təsirli tərəfdaşlığa çevrilib. COP31 çərçivəsində nümayiş etdirilən bu səmimi münasibətlər Türk dünyası baxımından xüsusi məna daşıyır. Türkiyə və Azərbaycan arasında həmrəylik türk dövlətləri arasındakı əməkdaşlığın inkişafı və ortaq gələcəyə inamın möhkəmləndirilməsi üçün mühüm nümunədir. Çünki güclü Türk dünyası vizyonunun təməlində qarşılıqlı etimad, səmimi həmrəylik və ortaq məsuliyyət şüuru dayanır ”, - deyə Mehmet Yüce bildirib.Professor qeyd edib ki, COP31-də yaranan mənzərə iki lider arasındakı şəxsi dostluğun dövlətlərarası strateji tərəfdaşlığı gücləndirdiyini, Türkiyə-Azərbaycan qardaşlığının isə siyasi, iqtisadi, mədəni və mənəvi istiqamətlərdə bütöv bir birlik yaratdığını göstərir. “Burada verilən ən mühüm mesaj ondan ibarətdir ki, Türkiyə və Azərbaycan yalnız bu günün məsələlərində birgə hərəkət edən iki müttəfiq deyil, həm də gələcəyin regional və qlobal nizamında ortaq məsuliyyət daşımağa hazır olan iki qardaş dövlətdir”, – deyə Mehmet Yüce vurğulayıb.
Bu gün
3014 xəbər bu gün
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində…
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində…
Fakturalı xətt abunəçiləri arasında ilk tiraj 30 noyabr, növbəti tiraj isə 30 dekabr 2026cı il tarixində keçiriləcək. Hər tirajda 6 ədəd iPhone 17 Pro (256 GB) smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili…
Bu ilin sentyabr ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin sentyabr ayının yekunu ilə müqayisədə 5,7 %, avqustun sonuna nisbətən isə 1,9 % çox olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq…
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında»…
Kişilərdə süd vəzi nahiyəsinin böyüməsi cəmiyyətdə bəzən yalnız estetik problem kimi qəbul edilsə də, bu vəziyyətin arxasında hormonal dəyişikliklər, müəyyən xəstəliklər və digər amillər dayana bilər. Tibbdə…
Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir. Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən…
Xəbər verildiyi kimi Tovuzda hamilə qadın qətlə yetirilib. Hadisə rayondakı “ASAN Xidmət” Mərkəzinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. Bizim.Media-nın əldə etdiyi məlumata görə…
Şuşaya köçən əhalinin məşğulluğunun təmin edilməsi əsas məsələlərdən biridir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib. Komitə sədri mütəmadi olaraq…
“Mançester Siti”də oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azarkeşlər arasında keçirilən səsvermənin qalibi Elliot Anderson olub. O, sorğuda Erlinq Holann ilə Filip Fodeni arxada qoyub. Elliot oktyabrda 6 oyun…
"Mingəçevir" baş məşqçi Elman Sultanov ilə yolları ayırıb. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Elman Sultanov bu ilin…
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa, yenidənqurma və Böyük Qayıdış layihələri təkcə region üçün deyil, oxşar hərbi-siyasi böhranlarla üzləşən digər ölkələr, o cümlədən…
Prezident İlham Əliyevin Dublində Avropa Siyasi Birliyinin sammitində iştirakı Azərbaycanın Avropadakı mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.Bu sözləri politoloq Asif Nərimanlı Oxu24.com-a açıqlamasında…
Böyük Britaniyanın Dover şəhərində İkinci Dünya müharibəsi dövrünə aid gizli hərbi otaq turistlərin istifadəsinə veriləcək. Xarici mediaya istinadən, Dover qayalıqlarının altında yerləşən və uzun illər unudulan tarixi…
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə apa-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…
Nazirlər Kabineti "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir s...
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli və «Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq…
“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” yeni redaksiyada təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub. Redaktor.az-ın məlumatına görə, Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra...
"Rusiya-Ukrayna-ABŞ nümayəndələrinin Əbu-Dabidə keçirilən üçtərəfli görüşündən sonra ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya səfər etməsi, daha sonra Dublinə gedərək Paşinyanla görüş keçirməsi göstərir…
"Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mühüm sənəddir və bu sənədin bir çox aspektləri diqqəti cəlb edir. Həmin aspektlərdən biri də hərbi və müdafiə sahəsi ilə…
Azərbaycan və Böyük Britaniya ali təhsil, peşə təhsili, elmi-tədqiqat, innovasiya və rəqəmsal bacarıqların inkişafı sahəsində əməkdaşlığı genişləndirəcək. İki ölkə arasında imzalanan...
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri 5,5 milyard manatdan çox investisiya yatırıb, 6500-ə yaxın daimi iş yeri…
Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan ölkəyə ekstradisiya olunub.
Ali təhsil müəssisələrinə
Bu ilin sentyabr ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin sentyabr ayının yekunu ilə müqayisədə 5,7 %, avqustun sonuna nisbətən isə 1,9 % çox olub.
Bolqarıstanda külək səbəbindən fövqəladə vəziyyət elan edilib.
Hakatonda iştirak üçün 500-dən çox gənc müraciət edib. Bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "İnsanyönümlü şəhərlər" hakatonunun mükafatlandırma mərasimi çərçivəsində jurnalistlərə…
Nazirlər Kabineti "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 4 iyun 2019-cu…
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Elm və…
Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan ekstradisiya olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, sözügedən şəxsin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti…
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı və isti olduğunu bildirib. Kavelaşvili bunu Antalyada Anadolu Agentliyinə müsahibəsində deyib. "Rəcəb Tayyib…
Azərbaycan və "TotalEnergies" arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Energetika Nazirliyinə istinadən, bu müzakirələr nazir Pərviz Şahbazovun şirkətin Avropa regionunda kəşfiyyat və…
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub. Qeyd edək ki, Aynur Elgünəş bir…
Azərbaycana gəlişimin xüsusi səbəbi yoxdur. Sadəcə, həm Azərbaycan, həm də “Qarabağ” üçün darıxmışdım. Ona görə də həmişə beynimdə buraya gəlmək var idi. Bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana…
"Bəzən insanı problemlərdən daha çox həmin problemlərə münasibəti yorur. Bəzən bir problemin həlli üçün atılmalı olan on addımdan heç birini atmır, amma onun haqqında yüz dəfə danışırıq..." "Diqqət edək: quşlar səhər…
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində…
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin (ASB) sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizə göstərilən hörmət və ehtiramın bariz…
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, onun…
Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan ekstradisiya olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, sözügedən şəxsin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti…
Bakı, 13 noyabr, AZƏRTAC Bu il oktyabrın 1-nə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 1,1 faiz artaraq 251,2 min nəfər olub.AZƏRTAC Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, real sektorun…
Bakı, 13 noyabr, AZƏRTAC 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün…
Bakı, 13 noyabr, AZƏRTAC Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız coğrafi mövqeyi və resursları ilə deyil, həm də müstəqil siyasi iradəsi, diplomatik çevikliyi və yaratdığı geosiyasi imkanlarla…
Bakı, 13 noyabr, AZƏRTAC Cari ilin 9 ayı ərzində ümumi həcmi 25,2 miilyard manat olan 4404 repo əqdi bağlanıb. AZƏRTAC Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, əməliyyatların ümumi həcminin 84…
Bakı, 13 noyabr, AZƏRTAC Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, noyabrın 15-də…