Hörmətli cənab Prezident,
Ötən zaman kəsiyi göstərdi ki, Siz Ulu Öndərin siyasi kursuna daim sadiqlik nümayiş etdirdiniz, Azərbaycanın ümumi inkişaf strategiyasının nəzəri-ideoloji əsaslarını zamanın çağırışlarına müvafiq olaraq daha da zənginləşdirdiniz. Siz sözünün yiyəsi olan, bütün bəyanat və fikirləri fəlsəfi çəkisi, beynəlxalq hüququn normaları və standartlarına, milli mənafeyə, prinsipiallığa və çevikliyə əsaslanması ilə seçilən, dünyəvi, hüquqi və demokratik dövlət qurmaq məharəti nümayiş etdirən XXI əsrin siyasi lideri etalonunu formalaşdırmısınız. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməklə isə xalqımızın qəlbində özünüzə əbədi yer qazanmısınız.
Cənab Prezident, bu günlərdə imzaladığınız Sərəncamla məni 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyinizə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.
Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Azad Müzəffərli,
Azərbaycan Televiziyasının Prezident qrupunun müxbiri, Əməkdar jurnalist,
Azərbaycan Respublikası, Bakı şəhəri.