Tovuzda hamiləni bıçaqlayan tutulub.
APA-ya istinadla, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.
Bıçaqlanma Tovuz "ASAN xidmət" Mərkəzinin qarşısında baş verib.
***
Tovuzda bıçaqlanma baş verib.
APA-ya istinadla, hamilə qadın bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Fakt araşdırılır.