Bakı, 13 noyabr, AZƏRTAC Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus - Albaniya qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək.