Antalya, 13 noyabr, AZƏRTAC Noyabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş COP31 çərçivəsində Azərbaycanın milli pavilyonunu ziyarət ediblər.AZƏRTAC xəbər verir ki, pavilyonda təqdim olunan layihə və təşəbbüslərlə tanış olan qonaqlara, Azərbaycanın ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verilib. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Antalya