Noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir.
Tovuzda hamilə bıçaqlanıb.
Trend-in məlumatına görə, S. Məmmədli kəsici alətlə xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.