Polad Həşimovun anasının vəziyyəti necədir?

Milli Qəhrəman general-mayor Polad Həşimovun səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - məlumatda vurğulanıb.