“Sənətçi ayın görünməyən tərəfi kimi əlçatmaz olmalıdır” – Lalə Məmmədova

“Hər şeyi səmimiyyət adı altında açıb sosial şəbəkədə paylaşmaq olmaz”.

Bu sözləri müğənni, Əməkdar artist Lalə Məmmədova “Tanı məni” verilişində deyib.

Sənətçi sosial platformalardakı paylaşımlara münasibət bildirib:

“Mənə görə, sənətçi bir az əlçatmaz olmalıdır. Ayın görünməyən tərəfləri kimi… Hər şeyi səmimiyyət adı altında açıb paylaşmaq olmaz. Əgər bir sənətçi hansısa mahnısını paylaşırsa və bu, ona uğur gətirirsə, demək ki, sosial şəbəkədən doğru, dürüst şəkildə istifadə edə bilir. Yox, əgər hansısa qalmaqalla, yaxud da ailə-məişət mövzusunda paylaşım edirsə, bu, ona başucalığı gətirmir. Yəni baxır nəyi, necə etmək. Sosial şəbəkə gözəldir, mən özüm də istifadə edirəm. Ancaq yalnız yaradıcılığımla bağlı paylaşımlar edirəm. İnsanlar məni sosial mediada yalnız oxuyan yerdə görə bilər, yaxud da hansısa müsahibəmdən bir hissəni… Başqa heç bir şey”.