Qırğızıstanda yeni qaz yatağı kəşf edilib

Qırğızıstanda yeni təbii qaz yatağı kəşf edilib.

Qırğızıstan mətbuatına istinadən, bu barədə "Qırğızneftqaz" şirkəti məlumat yayıb.

Mayluu-Suu rayonunda aşkar edilən yatağın gündəlik qaz ehtiyatı 40 min kubmetrdən çoxdur. Bu, Koçkor-Atanı və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcək.

"Qırğızneftqaz" ASC-nin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev qeyd edib ki, son 10-15 ildə müəssisədə belə məhsuldarlığa malik qaz mənbələri qeydə alınmayıb.