Türkiyədə hərbi helikopter qəzaya uğradı: 4 hərbçi şəhid oldu

Türkiyənin Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə noyabrın 12-də Samanköy rayonu ərazisində baş verib. S-70 tipli hərbi helikopterin hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğradığı bildirilir.

Faktla bağlı bölgədə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir.