Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo məşhur britaniyalı rejissor Metyu Von ilə birlikdə qurduğu "UR·MARV Studios" şirkətinin ilk böyük televiziya layihəsi olan "Day 1s" serialının çəkilişlərinə start verildiyini elan edib.

Böyük Britaniyada fəaliyyət göstərən bir futbol menecerinin həyatından bəhs edən bədii serialda əsas rolu "Homeland" serialının ulduzu Demian Lyuis canlandıracaq.

İdeya müəllifi Tyerri Anrinin meneceri Darren Deyn olan ekran işində britaniyalı repçi Dave və futbol əfsanəsi Tyerri Anri də yer alacaq.

İcraçı prodüser olan Ronaldonun özünün də bəzi epizodlarda kamera qarşısına keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ildə təsis edilən studiya yaxın günlərdə Mett Deymon və Kris Hemsvort kimi ulduzların rol aldığı "Stuntnuts" filmini də təqdim etməyə hazırlaşır.