Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin qardaşına və qardaşı oğluna hökm oxunub.
Armavir vilayətinin məhkəməsində keçirilən prosesdə katolikosun qardaşı Gevorq Nersisyan 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə cəzanın şərti tətbiq edilməməsinə qərar verərək sınaq müddəti müəyyənləşdirib.
Katolikosun qardaşı oğlu Hambardsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində də cəzanın icrası təxirə salınaraq sınaq müddəti müəyyənləşdirilib.
Gevorq və Hambardsum Nersisyanlar seçkiqabağı təşviqatın aparılmasına mane olmaqda təqsirli biliniblər.
Katolikosun qardaşı və qardaşı oğlundan şikayətçi bələdiyyə sədri Harutyun Mkrtçyan olub.
Məhkəmənin qərarına əsasən, Gevorq və Hambardsum Nersisyanlara inzibati nəzarət tətbiq olunub. Onlara cinayət işi üzrə prosesə cəlb edilmiş şəxslərlə əlaqə saxlamaq qadağan edilib.