NVIDIA şirkətinin təsisçisi Censen Huanq baş icraçı direktor, prezident və direktorlar şurasının üzvü vəzifələrindən istefa verib.
Şirkətin rəsmi açıqlamasına əsasən, qərar dərhal qüvvəyə minib. Baş icraçı direktor vəzifəsinin müvəqqəti icrası şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kressə həvalə olunub. Daimi rəhbərin müəyyənləşdirilməsi üçün namizədlərin axtarışına başlanılır.
İstefa Huanqın xarici kəşfiyyat fəaliyyətinin hədəfinə çevrildiyinə dair məlumatlar üzrə araşdırma aparıldığı vaxta təsadüf edir. NVIDIA-nın direktorlar şurası noyabrın 8-də müstəqil araşdırmaya başladığını açıqlamışdı.
Şirkət həmin açıqlamada ABŞ-nin milli təhlükəsizliyinin və ya NVIDIA-nın kommersiya sirlərinin pozulduğunu düşünmək üçün əsasının olmadığını, lakin bütün mövcud məlumatların yoxlanılacağını bildirmişdi.
“Reuters”in məlumatına görə, məsələ Huanqın “Megaspeed” şirkətinin keçmiş rəhbər şəxslərindən Elis Huanqla münasibətləri və qadının Çin kəşfiyyatı ilə əlaqələrinə dair şübhələrlə bağlıdır. Çin tərəfi casusluq ittihamlarını əsassız adlandırıb.