Pakistan Səudiyyə Ərəbistanının husilərdən müdafiəsi üçün hərbi qüvvə göndərməyə hazırdır

“Pakistan Məkkə Müdafiə İttifaqı çərçivəsində Səudiyyə Ərəbistanının müdafiəsi üçün bütün zəruri tədbirləri görməyə hazırdır”.

Bunu Pakistan ordusunun sözçüsü Əhməd Şərif Çaudri “Asharq Al-Awsat”a müsahibəsində deyib.

O vurğulayıb ki, Pakistanın Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dair öhdəliyi müzakirə mövzusu deyil.

Çaudrinin sözlərinə görə, Məkkə Sazişi üzrə öhdəliklərin praktiki icrası Səudiyyə Ərəbistanında razılaşdırılmış hərbi qüvvə və imkanların sürətlə yerləşdirilməsi üçün tədbirləri nəzərdə tutur. O, Pakistan hərbçilərinin hazırda müdafiə, dəstək və hərbi təlimlərdə iştirak missiyaları ilə bu ölkədə olduğunu da təsdiqləyib.

Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin imzaladığı Məkkə Sazişinə əsasən, üzv ölkələrdən birinə silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilir. İttifaq üzvlərinin bu çərçivədə “Ənsarallah” Hərəkatı (husilər) ilə münaqişədə olan Səudiyyə Ərəbistanına hərbi yardım edib-etməyəcəyi müzakirə mövzusudur.