“Barselona” “Tvente”nin futbolçusunu transfer edə bilər

İspaniyanın “Barselona” klubu Niderlandın “Tvente” komandasında çıxış edən Ruud Nijstadı transfer etmək istəyir.

Bu barədə “Sport” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi qış transfer pəncərəsində 18 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir. Klubun idman direktoru Deku gənc futbolçunun transferi istiqamətində işləri yenidən aktivləşdirib.

“Tvente” Nijstadın transferi üçün 20 milyon avro tələb edir. Lakin “Barselona” bu məbləği yüksək hesab edir. Kataloniya klubunun digər namizədləri də nəzərdən keçirdiyi bildirilir.