Meqastar Tarkanla bağlı yeni iddialar yayılıb.
Kulislərdə yayılan məlumata əsasən, sənətçi Kiprdəki lüks oteldə səhnəyə çıxmaq üçün 100 milyon lirə qonorar istəyib.
İfaçının yalnız bu qonorar qarşılığında həmin oteldə Yeni il gecəsi səhnəyə çıxa biləcəyi qeyd edilib.
Lakin bu məbləğ otel sahibi üçün olduqca böyük olduğundan tərəflər razılığa gələ bilməyib.
Tarkanın bu qədər böyük qonorar tələb etməsi xəbəri sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusu olub.