Rusiya vətəndaşlarına Polşaya getməməyi tövsiyə etdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Polşaya səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlama verib.

O bildirib ki, Polşada ictimai-siyasi vəziyyət getdikcə pisləşir.

Zaxarovanın sözlərinə görə, Rusiya diplomatları noyabrın 7-də Krakovun Baş meydanında baş verən atışma nəticəsində yaralanan Rusiya vətəndaşının yaxınları ilə əlaqə saxlayırlar.