Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ikitərəfli görüş keçirməsi ehtimalı diplomatik kanallar vasitəsilə müzakirə olunur.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
“Belə bir görüşün keçirilməsi məsələsi müvafiq kanallar vasitəsilə müzakirə olunur”, – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Hələlik iki liderin görüşünün baş tutacağı ilə bağlı rəsmi qərar açıqlanmayıb.