KTMT ölkələri Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Ermənistan bir neçə ildir öhdəlikləri yerinə yetirməyir.
“Bu məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyinə görə təşkilatın nizamnaməsinə əsasən onun səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu qərar qəbul edilib”, – deyə Peskov bildirib.