Noyabrın 12-də Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhərinin, 26 kəndinin və 1 qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.