O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da gəlirlərin artması hesabına növbəti ildə dotasiya məbləğində azalma baş verəcək. Bələdiyyələrimizlə bağlı dotasiya növbəti il üçün 7,5 milyon manat nəzərdə tutulub. Bu məbləğ cari ildəkinə bərabərdir.
“Cari ildə cəmi iki rayonun subvensiya müraciəti olub. Burada məsələ ilk növbədə bələdiyyələrin üzərinə düşür ki, onlar öz dotasiya və subvensiya sifarişlərini müvafiq qaydada vaxtında hazırlayaraq, onun əsaslandırılması ilə birlikdə təqdim etsinlər. Hökumət tərəfindən onlara tam şəkildə bu dəstək göstərilir. Növbəti dövrlərə də göstəriləcək”, – deyə nazir qeyd edib.