G7 ölkələrinin xarici işlər nazirləri İranla fikir ayrılıqlarının nizama salınmasına və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səyləri dəstəklədiklərini təsdiqləyiblər.
Bu barədə Böyük Britaniya XİN-in nazirlərin Parisdəki görüşünün yekunları üzrə dərc etdiyi birgə bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, İran nüvə silahı hazırlamamalı və ya əldə etməməlidir. Nazirlər həmçinin Tehranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tammiqyaslı əməkdaşlığı bərpa etməyə çağırıblar.
Görüş iştirakçıları Hörmüz boğazındakı vəziyyətdən narahatlıqlarını ifadə edib, mülki gəmilərə hücumların dayandırılmasına çağırıb, azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin zəruriliyini təsdiqləyiblər.
Bəyanatda həmçinin ölkələrin regional təhlükəsizliyi və beynəlxalq ticarəti qorumaq üçün fəaliyyətlərini əlaqələndirməyə hazır olduqları qeyd edilir.