Rusiya Prezidentinin köməkçisi, Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşün nəticələrinin tərəfləri sülhə yaxınlaşdırdığı qənaətində olduğunu bildirib.
Medinski bununla bağlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda prosesin nəticəsi bir çox amildən asılıdır:
“Bu məsələdə Ukraynanın, ABŞ-nin mövqeyi və Avropanın ağıllı qərar verib-verməyəcəyi mühüm rol oynayır”.
Medinski, həmçinin Rusiyanın qarşıya qoyduğu bütün məqsədlərə nail olacağını vurğulayıb.