Sabiq şöbə rəisinə yüksək vəzifə VERİLDİ

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, direktor vəzifəsinə Məhərrəm Müzəffərov təyinat alıb.

Qeyd edək ki, M.Müzəffərov daha əvvəl Müdafiə Nazirliyinin Baş Klinik Hospitalda Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi vəzifəsində işləyib (modern.az).