Putin Uitkoff və Kuşnerlə görüşəcək: Avropa ilə əməkdaşlıq da müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə noyabrın 12-də görüşəcək.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıqlar günün birinci yarısında keçiriləcək.

Uşakov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutan əvvəlki görüşləri “konstruktiv və çox faydalı” adlandırıb. O əlavə edib ki, BƏƏ-dəki danışıqların nəticələri nəzərə alınmaqla, Avropa ölkələri ilə mümkün əməkdaşlıq formatı da müzakirə ediləcək.